Bizə aşağıdakı kanallar vasitəsilə müraciət edə bilərsiniz

Əlaqə

Bu şərtlər (bundan sonra "Şərtlər") sizinlə (bundan sonra "Siz"dedikdə "İstifadəçi" və ya "Partnyor" adlanırsınız) və

Bizim – Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi 1701975942, bundan sonra "Biz", dedikdə "LiderPay" adlandırılan) aramızda bağlanır

                                              1. Anlayışlar

            1.1. Bu Şərtlərin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:

            1.1.1 “Şərtlər” dedikdə, istifadəçi və ya partnyor ilə LiderPay arasında razılaşdırılan şərtlərdən və bu şərtlərə sonradan vaxtaşırı olaraq edilən bütün dəyişikliklərdən ibarət olan əqd başa düşülür;

            1.1.2 “Tərəflər” dedikdə “LiderPay” ilə “İstifadəçi” və ya “LiderPay” ilə “Partnyor” başa düşülür.

            1.1.3. “Platforma” dedikdə, bu Şərtlər üzrə malların satışı və xidmətlərin təqdim edilməsi ilə bağlı ödənişlərin toplanmasında vasitəçi olan, LiderPay-a məxsus olan və onun idarə etdiyi mobil tətbiqlər, internet səhifəsi və ya onlayn (real vaxtda) maliyyənin cəlb olunması imkanını verən platforma başa düşülür;

1.1.4. “Məlumat” dedikdə, mobil tətbiqlər, soft proqram, texnologiya, dizayn, material, informasiya, kommunikasiya, mətn (məqalə), qrafika, elektron keçid, elektron incəsənət nümunəsi, animasiya, illüstrasiya, incəsənət əsəri, audio klip, video çarx, foto, şəkil, rəy, ideya və digər məlumat, müəlliflik (əqli mülkiyyət) hüququnun obyektləri və ya bu Şərtlər üzrə təklif olunan xidmətlərlə bağlı olaraq sadalananların bir neçəsindən ibarət məcmu başa düşülür;

            1.1.5. “Malların və ya Xidmətlərin qiyməti üzrə ödəniş” dedikdə, bu Şərtlər üzrə müvafiq platforma üzərindən satılan mal və ya xidmətlərlə bağlı olaraq istifadəçinin ödədiyi pul vəsaiti başa düşülür;

            1.1.6. “Qüsur” dedikdə, Platformanın xüsusiyyətləri ilə digər hər hansı sistem, proqram tətbiqi, mobil tətbiqlər təminatı və ya softu ilə uyğunsuzluğundan irəli gələn qüsur və ya səhv istisna olmaqla, Platformanın görünüşü, əməliyyat qaydası və ya funksionallığına əhəmiyyətli dərəcədə zərərli təsir göstərən qüsur və ya səhv başa düşülür;

            1.1.7. "Fors major hal" dedikdə, təsirə məruz qalan Tərəfin ağlabatan nəzarəti xaricində olan bir hadisə və ya bir sıra hadisələr deməkdir (uğursuzluqlar və ya internet və ya internetin bir hissəsi, haker hücumları, virus və ya digər zərərli proqram daxil olmaqla) hücumlar və ya infeksiyalar, elektrik kəsilməsi, hər hansı bir üçüncü tərəfə təsir edən sənaye mübahisələri, qanuna edilən dəyişikliklər, fəlakətlər, partlayışlar, yanğınlar, daşqınlar, iğtişaşlar, terror hücumları və müharibələr) başa düşülür;

            1.1.8. "Əqli mülkiyyət hüquqları" dedikdə, qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq dünyanın hər hansı bir yerində mövcud olan bütün əqli mülkiyyət hüquqları, o cümlədən bu hüquqlar üçün hər hansı bir ərizə və ya müraciət hüququ (və yuxarıda göstərilən "əqli mülkiyyət hüquqları" müəllif hüquqları və əlaqəli hüquqları, verilənlər bazası hüquqları, məxfi məlumatlar, ticarət sirləri, nou-xau, işgüzar adlar, ticarət adları, ticarət nişanları, xidmət nişanları, keçid hüquqları, haqsız rəqabət hüquqları, patentlər, kiçik patentlər, faydalı modellər, yarımkeçirici topoqrafiya hüquqları və dizayndakı hüquqlar) başa düşülür;

            1.1.9. "Xidmətlər" dedikdə, Platformadan istifadəsi ilə bağlı təqdim edilən xidmətlər və ya Şərtlərdə göstərilən Platformanın digər xidmətləri başa düşülür;

            1.1.10. "Proqram" dedikdə, Layihə çərçivəsində hazırlanan və ya hazırlanacaq modul və ya digər proqram başa düşülür;

            1.1.11. "İstifadəçi" dedikdə, Satılan malları və ya xidmətləri almaqla bağlı özünün niyyətini göstərən fiziki şəxs başa düşülür;

1.1.12. "Partnyor" dedikdə, malları və ya xidmətləri LiderPay Platforması vasitəsilə İstifadəçilərə satan fiziki şəxs sahibkar və ya hüquqi şəxs şəxs başa düşülür;

1.1.12. “Fəaliyyət” dedikdə, Partnyorun öz müştərilərindən ödəniş haqqı qazandığı Platformadan kənar qaydada göstərdiyi fəaliyyət ilə bağlı olaraq Platformada nümayiş etdirdiyi fəaliyyət başa düşülür;

1.1.13. “Ödəniş” dedikdə, istifadəçilərin Platformadan istifadə edərək Partnyorun xeyirinə etdikləri ödənişlər başa düşülür;

2.      Predmet

            2.1. LiderPay istifadəçilərə ödəniş etmək, partnyorlara isə ödənişləri qəbul etmək üçün onlayn platforma təqdim edir.

            2.2.    Bu Platformadan istifadə edərək, siz bizim partnyorlarımızın xeyirinə olan müəyyən bank hesabına ödəniş edə bilərsiniz.

3.     Platformadan istifadə qaydası

            3.1.    LiderPay bu Şərtlərdə göstərilən tələblər və məhdudiyyətlər daxilində sizə Platformadan istifadə üçün məhdud, özgəninkiləşdiriləbilməz və ləğv edilə bilən icazə verir.

            3.2.    Platformadan istifadə etmək üçün siz mobil nömrə vasitəsilə (OTP kodla eyniləşdirilmək şərtilə) qeydiyyatdan keçməlisiniz.

3.3. Platformadan istifadə zamanı İstifadəçi tərəfindən bank kart məlumatlarının Platformaya əlavə edilməsi tələb edilmir. Əlavə olaraq Platformada Ödəniş aparılan zaman heç bir halda kart məlumatları görünmür və saxlanılmır. Ödənişlər İstifadəçinin sahib olduğu kredit və ya debet kartın aid olduğu Bankın təqdim etdiyi təhlükəsiz xidmətlər (keçidlər, link-lər) vasitəsilə həyata keçirilir.

            3.3.   İstifadəçiyə və Partnyora qadağandır:

a) Proqram viruslarını və ya Platformadakı hər hansı bir proqram, hardware və ya avadanlığın düzgün işləməsinə mane olan və ya Platformanın hər hansı digər istifadəçi tərəfindən istifadəsinə müdaxilə edən proqramları yaymaq;

b) Platformanın və Xidmətlərin təhlükəsizliyini təmin etmək üçün Platformanın tətbiq etdiyi hər hansı tədbiri dəf etmək, hər hansı bir sistemə, məlumata, şifrəyə və ya digər Platforma, İstifadəçi məlumatları və ya Xidmətlərə icazəsiz giriş əldə etmək üçün cəhd göstərmək, hər hansı məlumatı əldə etmək üçün revers mühəndis və ya digər yolla Xidmətlərin hər hansı bir hissəsini ayırmaq, yaxud hər hansı bir proqramdan istifadə etməklə Platformanın hər hansı bir hissəsində icazəsiz gəzmək;

c) Qüvvədə olan qanunvericilik üzrə korrupsiyaya qarşı tələbləri pozmaqla, hökümət orqanının vəzifəli şəxsinə və ya işçisinə və ya dövlət orqanının nəzarəti altında olan hər hansı bir şəxsə və ya hər hansı bir siyasi partiyaya, siyasi partiyanın vəzifəli şəxsinə və ya rəsmi şəxs qismində çıxış edən hər hansı digər şəxsə təklif, ödəniş, ödəniş vədi, ödənişin təsdiqi, pulun və ya digər qiymətli əşyanın verilməsi ilə bağlı ödənişlərin maliyyələşdirilməsi məqsədi ilə Fəaliyyətiniz haqqında məlumatlara hər hansı bir məlumat və ya sorğu daxil etmək və ya bizim Xidmətlərimizdən əldə edilmiş maliyyə vəsaitlərindən istifadə etmək.

d) Tərəflərdən hər hansı birinə tətbiq olunan hər hansı sanksiyanı pozmaqla, qüvvədə olan qanunvericilik üzrə terrorçu təşkilat kimi müəyyən olunan təşkilatın hər hansı şəxsinə, nümayəndəsinə və ya işçisinə, yaxud bu təşkilat tərəfindən idarə olunan digər şəxsə, yaxud terrorist məqsədlər ilə əlaqədar fəaliyyət göstərməsi ilə bağlı şübhə  olan digər şəxsə təklif, ödəniş, ödəniş vədi, ödənişin təsdiqi, pulun və ya digər qiymətli əşyanın verilməsi ilə bağlı terrorçu kimi təyin oluna bilən şəxsi maliyyələşdirmə, vəsait vermə və ya hər hansı fəaliyyətinə, sahibkarlığa və ya dəstək göstərmə məqsədilə ödənişlərin maliyyələşdirilməsi məqsədi ilə Fəaliyyətinizə hər hansı bir məlumat və ya sorğu daxil etmək və ya Xidmətlərimizdən əldə edilmiş maliyyə vəsaitlərindən istifadə etmək.

            3.4. Əgər İstifadəçi və ya Partnyor hesablarından icazəsiz istifadədən şübhələnirsə və ya aşkar edərsə, dərhal LiderPay platformasında qeyd edilən əlaqə nömrələrinə və ya bu Qaydaların 13-cü maddəsində nəzərə tutulan electron poçt ünvana məlumat verməlidir.

            3.5.  LiderPay hər hansı bir məlumat itkisinə görə İstifadəçi və Partnyor qarşısında məsuliyyət daşımır.

            3.6. LiderPay Şərtləri pozan İstifadəçi və Partnyor hesabını öz istəyi ilə silə bilər. İstifadəçi və Partnyorun hesabının silinməsi ilə bağlı səbəbləri, o cümlədən hər hansı bir hesabın ləğv edilməsini müzakirə edib-etməmək müstəsna olaraq LiderPay Platformasının ixtiyarındadır.

4.      Partnyorun Platformadakı Fəaliyyəti

            4.1. Müvafiq Qeydiyyat prosesinin başa çatmasından sonra Partnyor platforma üzərindən istifadəçilərə satdığı mal və ya xidmətlərin dəyərini LiderPay vasitəsilə toplayır.

5.      İstifadəçininin Platformadakı Fəaliyyəti

            5.1.  Müvafiq Qeydiyyat prosesinin başa çatmasından sonra İstifadəçi platforma üzərindən Partnyorun satdığı mal və ya xidmətlərin dəyərini LiderPay vasitəsilə ödəyir.

6.      Ödənişlər

            6.1. Konteksdən digər halın irəli gəlməsi istisna olmaqla, Malların və xidmətlərin qiyməti üzrə bütün ödənişlər ƏDV xaric məbləğlərdən ibarətdir.

            6.2.  Ödənişi edən istifadəçinin tələb etdiyi təqdirdə Partnyor həmin istifadəçinin ödənişi üçün hesab-faktura təqdim edə bilər.

            6.3.  İstifadəçi tərəfindən ödənişlər Azərbaycan Respublikasında fəaliyyət göstərən müvəkkil Bankların emissiya etdiyi Visa, MasterCard kredit və ya debet kartı ilə ödənilməlidir, Platforma tərəfindən vaxtaşırı digər ödəniş formaları da təklif edilə bilər.

            6.4.  LiderPay bir sıra səbəblərə görə, o cümlədən geri ödənilməli vəsaitin qaytarılması, geri ödəniş haqqında mübahisələr, saxtakarlıq, Müqavilə şərtləri və ya digər qayda pozuntuları və ya hər hansı digər bir səbəblə ödənişlərin köçürülməsini gecikdirə bilər. Məsələn, İstifadəçi və ya Partnyor bu Şərtlərin hər hansı bir şərtini pozduğu təqdirdə LiderPay Ödənişlərdən əldə olunan pul vəsaitlərini tuta bilər.

7.      Xidmət haqqı

            7.1. İstifadəçi üçün Platformada hesab yaratmağa heç bir ödəniş tələb edilmir. LiderPay Partnyordan aralarında bağlanan müqaviləyə uyğun olaraq Xidmət haqqı tuta bilər.

8.      Vergilər

            8.1. LiderPay ilə Partnyor arasında aparılan vasitəçilik əməliyyatları Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin tələbləri və Azərbaycan Respublikasının digər Qanunvericilik tələblərinin çərçivəsində aparılır. LiderPay vergitutulan əməliyyatların müəyyən edilməsi məqsədilə Partnyordan Qanunvericilik çərçivəsində tərəflər arasından icra edilən əməliyyatlara dair sənədlər (Elektron Qaimə Faktura, VÖEN, Müqavilə və ya Vergi Ödəyicisinə və tərəflər arasında icra edilən əməliyyatlara dair nəzərdə tutulan digər sənədlər) tələb edə bilər. LiderPay müvafiq vergi orqanlarından tələb etdiyi təqdirdə Partnyor və ya İstifadəçi şəxslərə dair sənədləri vergi orqanına təqdim edəcəkdir. LiderPay Partnyora və ya İstifadəçiyə vergi ilə bağlı məsləhət verə bilmir, lakin, tətəflərə şəxslərin seçdikləri vergi məsləhətçiləri ilə məsləhətləşmələrini təklif edir.

9.      Zəmanətlər

            9.1.  Partnyor LiderPay-a zəmanət verir ki, onun Fəaliyyətinə daxil olmayan fəaliyyətlər üzrə satışlar etməyəcəkdir, LiderPay Platformasından Azərbaycan Respublikasının Qanunvericiliyinə zid olan satışların qarşılığından vəsait toplamaqda təşəbbüskar və ya iştirakçı olmayacaqdır həmçinin müvafiq Platforma üzərindən sui-istifadə məqsədlərlə istifadə etməyəcəkdir.

            9.2 İstifadəçi və Partnyor LiderPay-a zəmanət verir ki:

            a)   Şərtlər çərçivəsində öhdəliklərini icra etmək və yerinə yetirmək üçün qanuni hüquqa və səlahiyyətə malikdir;

            b)   Şərtlər üzrə öhdəliklərini ağlabatan diqqət və bacarıqla yerinə yetirəcəkdir; və

            c)    İstifadəçi və ya Partnyor fiziki şəxsdirsə, o, (i) Azərbaycan Respublikasının vətəndaşıdır, yaxud bu ölkədə daimi yaşayış icazəsi vardır, (ii) 18 yaşı tamam olmuşdur

d)   Partnyor Ödənişlərin edilməsi üçün təqdim etdiyi hesab nömrəsinin onun sahibkarlıq fəaliyyəti ilə bağlı hesabı olmasına təminat verir və LiderPay buna görə məsuliyyət daşımır.

            9.3.  İstifadəçi və ya Partnyor qəbul edir ki, Platformada daim qüsur, səhv və xəta ola bilər, LiderPay Platformanın bu cür qüsurlardan, səhvlərdən və xətalardan tam azad olacağına dair heç bir qarantiya və ya zəmanət vermir.

            9.4.  Tərəflər bu Şərtlər çərçivəsində onlara məlum olan qanunvericilik üzrə fərdi və kommersiya sirri təşkil edən məlumatların konfidensiallığını qoruyurlar.

            9.5. Tərəflərin Şərtlərin predmetinə dair bütün zəmanətləri və iradələri Şərtlərin müddəalarında açıq şəkildə göstərilmişdir. Qüvvədə olan qanunvericilik ilə nəzərdə tutulan hallar nəzərə alınmaqla, Şərtlərdə bu Şərtlərin predmetinə aid heç bir digər zəmanət və ya təminat müəyyən edilmir.

9.6.  Əsaslandırılmış hallar olduqda və ödənişi edən tərəfindən əsaslı arqumentlər təqdim olunduqda, LiderPay öz mülahizəsi əsasında Ödənişin Partnyor tərəfindən İstifadəçiyə qaytarılması haqında qərar qəbul edə bilər.

10.      Əqli mülkiyyət

            10.1. LiderPay-in xidmətləri, məlumatları və nişanları Azərbaycan Respublikasının müəllif hüquqları, əmtəə nişanları, xidmət nişanları, patent, kommersiya sirri haqqında qanunlarına və Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş beynəlxalq əqli mülkiyyət normalarına uyğun olaraq qanuni şəkildə qorunur. Müştəri Platforma xidmətləri vasitəsilə əldə edilən hər hansı məzmunda, xidmətdə və ya nişanda olan bütün müəllif hüquqları və digər qanuni bildirişlərə, məlumatlara və məhdudiyyətlərə hörmət etməyə razılaşır. Müştəri xidmətləri dəyişdirməmək, tərcümə etməmək və ya başqa bir şəkildə törəmə əsərlər yaratmamaqla bağlı razılaşır.

            10.2. LiderPay İstifadəçiyə və Partnyora Platformadan və müvafiq məlumatlardan yalnız bu Şərtlər üzrə Xidmətlər ilə əlaqədar istifadə etmək üçün məhdud icazə verir (bu icazə müvəqqətidir, yalnız istifadəçi və Partnyor üçün nəzərdə tutulub, istifadəçi və partnyor tərəfindən üçüncü şəxsə verilə və ötürülə bilməz). LiderPay istifadəçiyə və partnyora icazə vermədiyi təqdirdə bu Şərtlər ilə əlaqədar heç bir məlumatı üçüncü şəxs üçün işləyə, ona paylaya, ötürə, verə, sata, yayımlaya, icarəyə verə, paylaşa, istifadəyə verə, dəyişdirə, uyğunlaşdıra, düzəliş edə, törəmə əsərləri yarada, lisenziya ilə verə və ya başqa bir şəkildə ötürə və ya istifadə edə bilməz. Bunu etmək üçün LiderPay-dan yazılı icazə alınmalıdır. LiderPay istənilən vaxt İstifadəçi və Partnyor profilinə daxil olmaq və onlardan istifadə etmək üçün bu məhdud icazəni və ya lisenziyanı ləğv etmək hüququnu özündə saxlayır.

11.   Məsuliyyətin hədləri

            11.1.  Partnyor xəbərdardır ki, Fəaliyyəti üzrə öhdəliklərini yerinə yetirmək üçün məsuliyyət daşıyır. Partnyor hər hansı bir qanuni öhdəliyini yerinə yetirə bilmirsə, Platformanın istifadəçisi və ya sahibi tərəfindən qanuni tədbir görülə bilər.

            11.2.  Bu Şərtlərdəki heç bir müddəa:

            a)      hər hansı Tərəfin fırıldaqçılıq və ya bu tərəfin saxta məlumat verməsi üçün məsuliyyətini məhdudlaşdırmır və ya istisna etmir;

            b) tərəflərin hər hansı məsuliyyətini qüvvədə olan qanunvericiliklə icazə verilməyən hər hansı bir şəkildə məhdudlaşdırmır; və ya

            c)    Tərəfin qüvvədə olan qanunvericilik ilə istisna edilməsi mümkün olmayan məsuliyyətini istisna etmir.

            11.3. Şərtlər çərçivəsində və ya Şərtlərin predmeti ilə əlaqədar yaranan bütün məsuliyyətlər, o cümlədən müqavilədən, deliktdən (o cümlədən səhlənkarlıq) və qanuni tələbin pozulması ilə əlaqədar məsuliyyətlər 11-ci maddədə və Şərtlərin başqa maddələrində müəyyən edilmiş məsuliyyətin hədləri və müvafiq istisnalar ilə tənzimlənir.

            11.4. Planlaşdırılmamış arakəsilmələr və digər nasazlıqlar da daxil olmaqla planlı təmir və digər səbəblərə görə Platforma və ya Xidmətlərdən istifadə mümkün olmaya bilər. Platforma və ya Xidmətlərdən istifadə mümkün olmadıqda və ya bu və ya digər səbəbdən istifadəçi və ya partnyor hər hansı bir səbəbdən hər hansı bir məlumatı və ya İstifadəçi haqqında məlumatlar itirərsə LiderPay məsuliyyət daşımır.

            11.5.  LiderPay həmçinin aşağıdakılar ilə əlaqədar İstifadəçi və Partnyor qarşısında məsuliyyət daşımır:

            a)  hər hansı əldən çıxmış fayda, gəlir, mənfəət, istifadə, istehsal və ya ehtimal olunan əmanət, sahibkarlıq fəaliyyətinin əldən çıxması, müqavilələr və ya kommersiya imkanlarının əldən çıxmasına;

b) Ödəniş kart hesab məlumatları istifadə olunmaqla, kartla bağlı 3D Secure təhlükəsizlik tələbləri təmin olunmadan həyata keçirilmiş ödənişlərlə əlaqəli olan istənilən maliyyə itkisinə, hər hansı dələduzluq (“fraud”) və digər pozuntu hallarına görə dəyən maiddi zərərə;

            c)   işguzar nüfuz və ya şəxsi nüfuza dəyən zərərə;

            d)   hər hansı bir məlumatın, verilənlər bazasının və ya proqramın itirilməsi və ya pozulmasına;

            e)   Fors-Major hadisəsi nəticəsində yaranan zərərə.

12.  Xitam

            12.1. İstifadəçi və ya Partnyor Platformada qeydiyyatdan keçdikdən sonra hər hansı əməliyyat həyata keçiməzdən əvvəl istənilən vaxt Şərtləri ləğv edə bilər.

            12.2. LiderPay partnyorun xeyirinə əməliyyatı həyata keçirməzdən öncə Partnyora yazılı bildiriş göndərməklə Şərtləri ləğv edə bilər.

            12.3. Tərəflərdən hər biri qarşı tərəfin Şərtlərin hər hansı müddəasını aşağıdakı şərtlər nəzərə alınmaqla ciddi şəkildə pozduğuna görə qarşı tərəfə yazılı bildiriş göndərməklə Şərtləri dərhal ləğv edə bilər:

            a)   pozuntunu aradan qaldırmaq mümkün deyil; və ya

            b) pozuntunun aradan qaldırılması mümkündür, lakin qarşı Tərəfin pozuntunu aradan qaldırması bununla bağlı yazılı bildiriş aldıqdan sonra 1 (bir) gün ərzində mümkün deyil.

13.       Bildirişlər

            13.1. Şərtlərə əsasən verilən hər hansı bir bildiriş İstifadəçi və ya Partnyor tərəfindən elektron poçtla və aşağıda verilmiş müvafiq ünvana göndərilməlidir.

            LiderPay Platformasının Elektron poçt ünvanı: info@liderpay.az

14.  Qüvvədə olan hüquq və mübahisələrin həlli

            14.1. LiderPay Azərbaycan Respublikasında fəaliyyət göstərir. Sizinlə LiderPay arasındakı bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

            14.2. Şərtlərdən və ya onunla əlaqədar yaranan bütün iddia, mübahisə və ziddiyyətləri mübahisələrin həlli istiqamətində danışıqlar yolu ilə həll edilməlidir. Əgər müvafiq iddia, mübahisə və ya ziddiyyətlə bağlı bir Tərəfin göndərdiyi bildirişdən etibarən 30 gün ərzində yaranan məsələni həll etmək mümkün olmazsa, məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll olunacaqdır.

15.   Şərtlərin hüquqi qüvvəsi və müddəti

            15.1. Şərtlər İstifadəçi və Partnyor tərəfindən Platformada onlayn formada razılaşdırılaraq bu Şərtlərin qayda və şərtlərini qəbul etdikdən sonra qüvvəyə minir.

            15.2. Şərtlər Azərbaycan dilində tərtib olunur.

            15.3. Şərtlər orada müəyyən olunan qaydada əvvəlcədən xitam verilmədiyi təqdirdə, Tərəflərin öz öhdəliklərinin tam faktiki icra olunması tarixinə qədər qüvvədə qalır.

16.       Müxtəlif

            Biz Xidmətləri istənilən vaxt dəyişdirə və ya dayandıra bilərik. Siz razılaşırsınız ki, bu Şərtlərdə başqa qayda nəzərdə tutulmamışdırsa, bu Şərtlərdən faydalanan heç bir üçüncü şəxs olmayacaqdır.